- Transfer
- 18:38 24.11.2024
“Barcelona” “Manchester City”nin transfer hədəfində olan Semedo ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”, Barcelona'nın futbolçusu Nelson Semedo üçün təklif göndərib. Kataloniya təmsilçisi isə futbolçunun təzminat məbləği olan 100 milyon avro tələb edib.
Bir müddət əvvəl katalonlar “Atletiko”nun portuqaliyalı futbolçu üçün təklifini rədd etmişdi.
Qeyd edək ki, 25 yaşlı futbolçunun Barcelona ilə hazırkı müqaviləsi 2022-ci ildə sona çatır.