27 iyun 2024. Cümə axşamı

"Mançester Yunayted"ən İtaliya klubuna


  • Transfer
  • 17:08 21.06.2024
  • Oxunma sayı: 53
"Mançester Yunayted"ən İtaliya klubuna

"Mançester Yunayted"in vingeri Meyson Qrinvud karyerasını "Latsio"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, İtaliya klubu  22 yaşlı forvard üçün “qırmızı şeytanlar”a 5,5 milyon avro təklif edib.

İngiltərə klubunun isə ingilis futbolçusunun satışından 47,3 milyon avro qazanmaq istədiyi iddia edilir. "Latsio"nun ilkin təklifini yaxşılaşdıracağı gözlənilir.

Qrinvud ötən mövsümü icarə əsasında İspaniyanın “Xetafe” klubunda keçirib. Komandanın tərkibində bütün turnirlərdə 36 matçda iştirak edib, on qol vurub və altı məhsuldar ötürmə edib. Qrinvudun "Mançester Yunayted"lə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer

Naçonun yeni klubu bəlli oldu
  • Transfer
  • 16:17 27.06.2024
Naçonun yeni klubu bəlli oldu