- Transfer
- 18:40 23.11.2024
"Bavariya" heyətini gücləndirmək üçün çalışır.
90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, Münhen nəhəngi “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun namizədliyini nəzərdən keçirir. "Bavariya" artıq 30 yaşlı futbolçu üçün İtaliya klubuna ilkin təklif də göndərib.
Qeyd edək ki, Çalhanoğlu İtaliyaya köçməzdən əvvəl Almaniyada çıxış edib. Orada türk yarımmüdafiəçi bir neçə klubda, xüsusən də "Bayer"də çıxış edib. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 30 yaşlı Hakan Çalhanoğlunu 45 milyon avroya qiymətləndirib. Əlavə edək ki, 2023/2024 mövsümündə Çalhanoğlu 41 rəsmi oyuna çıxıb, bu oyunda 15 qol vurub və tərəfdaşları üçün 3 məhsuldar ötürmə edib.