19 iyul 2024. Cümə

Yoronun könlündən keçən komanda


  • Transfer
  • 16:51 22.06.2024
  • Oxunma sayı: 69
Yoronun könlündən keçən komanda

"Lill"in müdafiəçisi Leni Yoro "Real Madrid"in futbolçusu olmaq istəyir.

90deqiqe.Az xəbər verir ki, fransız futbolçu artıq bu barədə onunla maraqlanan digər Avropa klublarına da məlumat verib.

Futbolçu ümid edir ki, Los Blankos onun transferi ilə bağlı işləri sürətləndirəcək. Fransa klubu artıq başa düşüblər ki, Yoronu komandada saxlaya bilməyəcəklər, əvvəlcə onu 100 milyon avroya satmağa hazırdılarsa indi isə söhbət 40 milyondan gedir.

Ötən mövsüm fransalı futbolçu "Lill"in heyətində bütün yarışlarda 44 matçda iştirak edib və 3 dəfə rəqib qapısına zərbə endirib. Onun "Lill"lə müqaviləsi gələn yaya qədərdir və transfer qiyməti 50 milyon avro qiymətləndirilir. Keçən mövsüm Yoro komandasına Liqa 1 turnir cədvəlində dördüncü yeri tutmağa kömək edib.







Transfer

Morata rəsmən "Milan"da
  • Transfer
  • 15:29 19.07.2024
Morata rəsmən "Milan"da