28 sentyabr 2024. Şənbə

Ten Haq onu "MY"də görmək istəyir


  • Transfer
  • 17:37 22.06.2024
  • Oxunma sayı: 85
Ten Haq onu "MY"də görmək istəyir

 "Vest Hem"in müdafiəçi Edson Alvares karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az " Sky Sport"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq meksikalı futbolçunun xidmətində şəxsən maraqlıdır.

Alvaresin özü də "Mançester Yunayted"ə keçmək istəyir. 26 yaşlı yarımmüdafiəçinin qiymətinin 55-60 milyon avro müəyyən oluna biləcəyi vurğulanır.

Ötən mövsüm Alvares bütün yarışlarda 42 matçda iştirak edib, o, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu