28 sentyabr 2024. Şənbə

Niko Uilyams İngiltərə nəhənginə keçir?


  • Transfer
  • 17:57 23.06.2024
  • Oxunma sayı: 71
Niko Uilyams İngiltərə nəhənginə keçir?

"Atletik Bilbao"nun və İspaniya yığmasının hücumçusu Niko Uilyams "Çelsi"yə keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə  jurnalist Canluka Di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O londonluların 21 yaşlı futbolçunu Almaniyada keçirilən Avropa çempionatından sonra almaq niyyətində olduğunu qeyd edib. "Kristal Pelas"ın futbolçusu Miçel Olisenin "Bavariya"ya keçməyə qərar verdiyi üçün "Çelsi"nin Uilyamsı əsas hədəf seçib.

Xatırladaq ki, bu mövsüm cinah hücumçusu baskların heyətində bütün turnirlərdə 37 oyun keçirib, 8 qol vurub, 17 məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu