22 oktyabr 2024. Çərşənbə axşamı

"Roma"nı bu kluba dəyişir


  • Transfer
  • 18:18 23.06.2024
  • Oxunma sayı: 83
"Roma"nı bu kluba dəyişir

"Roma"nın hücumçusu Andrea Belotti karyerasını ölkəsinin yüksək divizionuna qayıdan "Komo"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O klubların 30 yaşlı oyunçunun 4,5 milyon avroya transferi ilə bağlı razılığa gəldiklərini qeyd edib.

Xatırladaq ki, Belotti 2022-ci ilin yayından “Roma”ya məxsusdur. Hücumçu 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında çıxış etdiyi "Fiorentina"da keçirib.

Ümumilikdə, son A Seriyasında Belotti bütün turnirlərdə 46 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə verib. Andrea karyerası ərzində "Palermo" və "Torino"da da oynamağı bacarıb.







Transfer