28 iyun 2024. Cümə

"Mançester Siti"dən "Tottenhem"ə?


  • Transfer
  • 23:53 23.06.2024
  • Oxunma sayı: 48
"Mançester Siti"dən "Tottenhem"ə?

"Mançester Siti"nin sağ cinah müdafiəçisi Yan Kouto karyerasını "Tottenhem"də davam etdirə bilər.

90deqiqe.Az "TEAM"a istinadən məlumat verir ki, London klubunun yay transfer pəncərəsində müdafiənin sağ cinahını 22 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir. "Tottenhem" artıq brazilyalı futbolçu üçün ilkin təklifini də göndərib.

Braziliyalı son iki mövsümü icarə əsasında "Jirona"da keçirib.

Ötən mövsüm Kouto bütün yarışlarda 39 matçda iştirak edib, iki qol vurub və on məhsuldar ötürmə edib. Koutonun "Mançester Siti" ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer

Naçonun yeni klubu bəlli oldu
  • Transfer
  • 16:17 27.06.2024
Naçonun yeni klubu bəlli oldu