30 iyun 2026. Çərşənbə axşamı

Lukaku Norveçə aparılmadı


  • Transfer
  • 18:49 29.07.2019
  • Oxunma sayı: 457
Lukaku Norveçə aparılmadı

Manchester United'in futbolçusu Romelu Lukaku klubun Norveçdəki təlim-məşq toplanışına aparılmayıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, belçikalı futbolçunun adı "Kristiansunn"la (Norveç) yoxlama matçı üçün 26 nəfərlik siyahıya daxil edilməyib.

İngiltərə mətbuatı 26 yaşlı hücumçunun Premyer Liqa klubundan ayrılacağı üçün Osloya aparılmadığını yazıb.

Qeyd edək ki, Lukaku ilə "İnter" və "Juventus"un maraqlandığı iddia olunur.







Transfer