19 iyul 2024. Cümə

Premyer Liqa klubu mübarizəyə qoşuldu


  • Transfer
  • 11:34 24.06.2024
  • Oxunma sayı: 54
Premyer Liqa klubu mübarizəyə qoşuldu

"Atletik Bilbao"nun hücumçusu Niko Uilyams yayda komandasını dəyişməyə hazırlaşır. 

90deqiqe.Az xəbər verir ki, bir neçə Avropa nəhəngi onun xidmətində maraqlıdı.

Siyahıya son olaraq “Arsenal” da qoşulub. London təmsilçisinin baş məşqçisi Mikel Arteta 21 yaşlı forvardın transferində şəxsən maraqlıdır.

"Topçular" keçidlə bağlı gənc futbolçu ilə ilkin danışıq aparıb və futbolçunun bu transfer üçün çox böyük maaş tələb etdiyi bildirilir. Danışıqlar davam edir.

İspaniya millisinin üzvü  “Liverpul”, “Çelsi” və “Barselona”nın da gündəmindədi.

Xatırladaq ki, Uilyams son La Liqada 5 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsində 58 milyon avroluq sərbəst qalma maddəsi var.







Transfer

Morata rəsmən "Milan"da
  • Transfer
  • 15:29 19.07.2024
Morata rəsmən "Milan"da