14 dekabr 2025. Bazar günü

Çempionşipdən Bundesliqa klubuna üz tutur


  • Transfer
  • 14:19 24.06.2024
  • Oxunma sayı: 171
Çempionşipdən Bundesliqa klubuna üz tutur

Dortmund "Borussiya"sı İngiltərə ikinci divizionunda çıxış edən yarımmüdafiəçiyə göz dikib.

90deqiqe.Az "Sport Witness"ə istinadən məlumat verir ki, söhbət "Lids"də çıxış edən mərkəz yarımmüdafiəçisi Arçi Qreydən gedir.

 "Borussiya Dortmund" rəhbərliyi futbolçunu transferə razı salmağa ümid edir. “Lids” isə Arçiyə görə  60 milyon avro məbləğində təzminat istəyir.

Gənc yarımmüdafiəçi bir çox Premyer Liqa klublarının transfer hədəfidir.

18 yaşlı yarımmüdafiəçi "Lids"də son mövsümündə bir qol vurub və iki məhsuldar ötürmə edib. Bundan əvvəl "Borussiya Dortmund" Çempionşipdən Jude Bellinqhemi alıb, 2023-cü ildə isə ingilisi 103 milyon avroya "Real Madrid"ə satıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində