25 dekabr 2025. Cümə axşamı

Van Nistelroy "Mançester Yunayted"ə qayıdır


  • Transfer
  • 16:53 24.06.2024
  • Oxunma sayı: 148
Van Nistelroy "Mançester Yunayted"ə qayıdır

Ruud van Nistelroy vaxtilə futbolçu kimi çıxış etdiyi “Mançester Yunayted”ə qayıtmağa yaxındır.

90deqiqe.Az Niderlandın "AD" nəşrinə istinadən məlumat verir ki, van Nistelroy hazırda "Mançester Yunayted"lə danışıqlar aparır. Hər iki tərəf razılaşmaya yaxındır.Tərəflər razılığa gəldikdən sonra 47 yaşlı çalışdırıcı Erik ten Haqın heyətinə qoşulacaq.

Bir oyunçu kimi Ruud van Nistelroy 2001-2006-cı illərdə "Mançester Yunayted"də çıxış edib. Hücumçu bu müddət ərzində 219 rəsmi oyun keçirib, bu oyunda 150 qol vurub və tərəfdaşları üçün 30 məhsuldar ötürmə edib.







Transfer