14 dekabr 2025. Bazar günü

"Bavariya"nın vingeri PSJ ilə danışıqlar aparır


  • Transfer
  • 00:09 25.06.2024
  • Oxunma sayı: 165
"Bavariya"nın vingeri PSJ ilə danışıqlar aparır

"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O Paris klubunun artıq oyunçunun nümayəndələri ilə danışıqlara başladığını qeyd edib. “Bavariya” məqbul təklif alacağı təqdirdə fransızı saxlamayacaq. Münhendə 28 yaşlı futbolçunun yüksək maaşı - ildə 15 milyon avrodan çox olduğu üçün onunla ayrılmağa hazırdırlar.

Alman klubunun rəhbərliyi cinah oyunçusu üçün təxminən 40-50 milyon avro istəyir.

Kinqsli Koman PSJ-nin yetirməsidir, lakin parislilərin əsas komandasında cəmi dörd oyun keçirib. Ötən mövsüm o, "Bavariya"nın heyətində 27 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı