29 sentyabr 2024. Bazar günü

Villian "Betis"dən ayrılır? - idman direktoru açıqladı


  • Transfer
  • 23:49 25.06.2024
  • Oxunma sayı: 102
Villian "Betis"dən ayrılır?  - idman direktoru açıqladı

"Betis"in hücumçusu Villian Xose yay transfer pəncərəsində komandanı tərk edə bilər. 

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən məlumat verir ki, bu barədə komandanın idman direktoru Manu Fajardo bildirib.

"Zənglər gəlir, biz heç bir variantdan imtina etmirik, müxtəlif klublardan maraq var, amma başqa bir şey yoxdur" 

32 yaşlı futbolçunun La Liqa klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl mətbuatda braziliyalı hücumçunun Moskvanın “Spartak” klubu ilə artıq müqavilə imzaladığı barədə iddialar yayılmışdı.

Transfermarkt portalı onu beş milyon avro qiymətləndirir. Ötən mövsüm o, 43 oyun keçirib, 14 dəfə fərqlənib.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu