29 sentyabr 2024. Bazar günü

Ceydon Sanço İspaniya nəhənginə təklif edildi


  • Transfer
  • 09:43 26.06.2024
  • Oxunma sayı: 83
Ceydon Sanço İspaniya nəhənginə təklif edildi

"Mançester Yunayted" vinger Ceydon Sançonu "Barselona"ya təklif edib.

90deqiqe.Az "Sport.es"a istinadən məlumat verir ki, 24 yaşlı futbolçunu kataloniyalıların yeni baş məşqçisi Hansi Fliki çox bəyənir. "Barselona" Sançonu almaq fikrində deyil, lakin oyunçunu icarəyə götürməyi nəzərdən keçirir.

Sanço baş məşqçi Erik ten Haqla münaqişəyə görə Mançesterdə qalmaq niyyətində deyil. Bundan əvvəl “Borussiya” (Dortmund) və “Yuventus” “Mançester Yunayted”in futbolçu üçün tələb etdiyi 60 milyon avronu ödəməkdən imtina etmişdi.

Ötən mövsüm Sanço 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Cinah oyunçusu 2021-ci ilin iyulunda "Borussiya Dortmund"dan "Mançester Yunayted"ə keçib. Transfer məbləği 85 milyon avro olub.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu