30 iyun 2024. Bazar günü

Gürcü futbolçu PSJ-yə keçir? - klub prezidenti açıqladı


  • Transfer
  • 20:03 26.06.2024
  • Oxunma sayı: 42
Gürcü futbolçu PSJ-yə keçir?  - klub prezidenti açıqladı

"Napoli"nin prezidenti Aurelio De Laurentis klubun hücumçusu Xviçi Kvaratsxeliyanın PSJ-yə mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, funksioner, gürcü futbolçuya yeni müqavilə təklif edəcəklərini bildirib.

“Kvaratsxeliya ilə bağlı heç bir problem görmürəm. Onunla və agentləri ilə müqavilənin uzadılmasını müzakirə edib, ona təklif edəcəyik. Amma Avropa Klublar Assosiasiyasının sədri (yəqin ki, PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi nəzərdə tutulur) biri var ki, mənsub olduğu klubun icazəsi olmadan futbolçu ilə əlaqə saxlayır. Haqlı olanlar da var, səhv edənlər də.”

Xatırladaq ki, bir müddət əvvəl gürcü futbolçunun maraqlarını təmsil edən agent Mamuka Cuqeli müştərisinin Çempionlar Liqasında çıxış edən komandaya keçmək üçün “Napoli”ni tərk etmək istədiyini bildirmişdi. Cuqeli onu da bildirib ki, Xviçaya PSJ-dən təklif var. Kvaratsxeliyanın hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir. 2022/2023 mövsümündə komanda ilə İtaliya çempionu olub, eyni zamanda A Seriyasının ən dəyərli oyunçusu və Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu kimi tanınıb.







Transfer

Koman 4-cü dəfə ata olacaq
  • Transfer
  • 15:10 29.06.2024
Koman 4-cü dəfə ata olacaq