- Transfer
- 00:03 30.03.2026
"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyot komandadan ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, fransız futbolçu ilə İtaliya A Seriyasının digər nəhəngi “Milan” klubu maraqlanır.
"Milan" 29 yaşlı futbolçu ilə daha bir mövsüm uzatmaq imkanı ilə iki il müddətinə müqavilə imzalamağa hazırdır.
Rabyot "Yuventus"a PSJ-dən keçib. Son iki ildə futbolçu “Yuventus”da çox uğurlu çıxışları ilə statusunu ciddi şəkildə yüksəldib, ehtiyat oyunçudan klubun əsas oyunçularından birinə çevrilib.