- Transfer
- 21:53 26.11.2024
"Tottenhem" klubu heyətinə yeni hücumçu cəlb etmək istəyir.
90deqiqe.Az xəbər verir ki, söhbət "Aston Villa"nın 23 yaşlı hücumameylli yarımmüdafiəçisi Ceykob Remsi və “Lill”in 24 yaşlı hücumçusu Conatan Deviddən gedir. London klubu hər iki futbolçu üçün danışıqlara da başlayıb.
Ötən mövsüm Remsi bütün yarışlarda 21 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. David son mövsümdə 49 oyuna çıxıb, 27 qol vurub və 9 məhsuldar ötürmə edib. İngiltərə Premyer Liqasının son mövsümünün yekununda “Tottenhem” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.