1 iyul 2024. Bazar ertəsi

"Barselona"dan "Arsenal"a


  • Transfer
  • 21:08 28.06.2024
  • Oxunma sayı: 48
"Barselona"dan "Arsenal"a

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Arsenal" fransalı futbolçunun xidmətində maraqlıdır. “Topçular” 25 yaşlı futbolçunun  birdəfəlik transferini müzakirə etmək üçün artıq “Barselona” ilə əlaqə saxlayıb.

Qeyd olunur ki, fransız "Barselona"da toxunulmaz futbolçu deyil, ona görə də sövdələşmənin baş tutması mümkündür. Kunde 2021-ci ildən "Barselona"nın şərəfini qoruyur, Kataloniya yığmasında 64 oyuna çıxıb və iki qola imza atıb. Kundenin "Barselona" ilə müqaviləsi 2027-ci ilə qədərdir və transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Koman 4-cü dəfə ata olacaq
  • Transfer
  • 15:10 29.06.2024
Koman 4-cü dəfə ata olacaq