16 yanvar 2025. Cümə axşamı

Mourinyo Komanı "Fənərbağça"ya gətirmək istəyir


  • Transfer
  • 23:49 28.06.2024
  • Oxunma sayı: 106
Mourinyo Komanı "Fənərbağça"ya gətirmək istəyir

Fransa millisinin və "Bavariya"nın hücumçusu Kinqsli Koman "Fənərbağça"nın maraq dairəsinə düşüb.

90deqiqe.Az  xəbər verir ki, İstanbul klubunun yeni baş məşqçisi Joze Mourinyo 28 yaşlı futbolçunu komandasında görmək istəyir.

Komanın isə karyerasının inkişafı ilə bağlı başqa planları olduğu üçün qərarını verməyə tələsmir.

Ötən mövsüm fransalı "Bavariya"nın heyətində 28 dəfə meydana çıxıb, 5 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə verib. Futbolçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Reşford özünə yeni klub seçdi
  • Transfer
  • 21:00 15.01.2025
Reşford özünə yeni klub seçdi