22 oktyabr 2024. Çərşənbə axşamı

"Yuventus" fransalı futbolçu ilə güclənir


  • Transfer
  • 12:18 29.06.2024
  • Oxunma sayı: 94
"Yuventus" fransalı futbolçu ilə güclənir

"Yuventus" Fransa Liqa 1-dən yarımmüdafiəçini transfer etməyə bir addım qalıb.

90deqiqe.Az-ın məlumatına görə, "qoca sinyora" "Nitsa"dan Kefren Turamı almağa yaxındır. Fransa klubu bir il əvvəl təxminən 50-60 milyon avro tələb etdikləri fransız futbolçunun müqaviləsi bir ildən sonra başa çatdığına görə onun transferində endirim etməyə razılaşıb.

23 yaşlı futbolçunun keçidi "Yuventus"a 18 milyon avroya başa gələcək.

Qeyd edək ki, "Yuventus" digər yarımmüdafiəçi, 60 milyon avroya qiymətləndirilən "Atalanta"dan Teon Koepmainersin də transferi üzərində işləyir. Turin klubunun transfer hədəfləri arasında "Bolonya"dan olan mərkəz müdafiəçisi Rikkardo Kalafiori də var.







Transfer