22 oktyabr 2024. Çərşənbə axşamı

"Çelsi"dən növbəti transfer


  • Transfer
  • 14:13 29.06.2024
  • Oxunma sayı: 71
"Çelsi"dən növbəti transfer

"Çelsi" "Aston Villa"nın  yarımmüdafiəçisi Omari Kellimanı heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. London klubu 18 yaşlı futbolçu 6+1 illik müqavilə imzalayıb.  İngilis futbolçu "zadəganlar"a qoşulduğu üçün çox xoşbəxt olduğunu bildirib:

“Çelsi"nin oyunçusu olmaq fantastikdir və gerçəkləşən bir arzudur. Bu, böyük tarixə malik klubdur. Formanı geyinmək üçün səbirsizlənirəm"

Kelliman "Aston Villa"nın əsas komandasında altı oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı hazırda İngiltərə gənclər komandasının oyunçusunu 1 milyon avro dəyərində qiymətləndirir. Xatırladaq ki, “Çelsi” ötən mövsümü Premyer Liqanın turnir cədvəlində dördüncü “Aston Villa”dan 5 xal geri qalaraq altıncı yerdə başa vurmuşdu.







Transfer