- Transfer
- 18:40 23.11.2024
"Uotford"un yarımmüdafiəçisi İsmael Kone karyerasını "Marsel"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Roman "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O Fransa klubunun bu transfer ilə bağlı "Uotford"la razılığa gəldiyini qeyd edib. Gələn həftə kanadalı futbolçunun tibbi müayinədən keçəcək daha sonra onunla müqavilə imzalanacaq. Bu transfer Olimpik təmsilçisinə 12,5 milyon avroya başa gələcək.
Ötən mövsüm 22 yaşlı kanadalı "Uotford"un heyətində 46 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt Koneni 11 milyon avro qiymətləndirir. Qeyd edək ki, "Marsel" Fransa Liqa 1-in son mövsümünü avrokubok zonasına vəsiqə qazana bilməyib turnir cədvəlində səkkizinci yerdə başa vurub.