2 iyul 2024. Çərşənbə axşamı

Varan A Seriya klubu ilə danışıqlar aparır


  • Transfer
  • 14:53 29.06.2024
  • Oxunma sayı: 57
Varan A Seriya klubu ilə danışıqlar aparır

“Mançester Yunayted”dən ayrılan Rafael Varan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O A Seriyasının yeni klubu "Komo"nun fransız futbolçu ilə azad agent kimi müqavilə imzalamaq üçün danışıqlar apardığını qeyd edib.

31 yaşlı oyunçu müqavilənin şərtlərini müzakirə etmək və baş məşqçi Sesk Fabreqasla şəxsən danışmaq üçün tezliklə İtaliyaya gedəcək.

Rafael Varan ötən mövsüm "Mançester Yunayted"in heyətində 31 oyun keçirib və 1 qol vurub. Kampaniyanın yekunlarından sonra “qırmızı şeytanlar” rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamamaq qərarına gəlib.







Transfer

"Bavariya"dan "Mançester Siti"yə
  • Transfer
  • 16:17 01.07.2024
"Bavariya"dan "Mançester Siti"yə