- Transfer
- 18:40 23.11.2024
Fransa millisi və "Bavariya"nın hücumçusu Kinqsli Koman müvəqqəti olaraq milli komandanı tərk edib.
90deqiqe.Az "RMC Sport"a istinadən xəbər verir ki, futbolçu həyat yoldaşı Sabrina Duvadın doğum mərasimində iştirak etmək üçün İsveçə gedib. 28 yaşlı hücumçu dördüncü övladını gözləyir.
Xatırladaq ki, iyulun 1-i bazar ertəsi Fransa və Belçika milliləri arasında Avro-2024-ün 1/8 final oyunu keçiriləcək. Komandalar Merkur Spiel Arenada (Düsseldorf, Almaniya) qarşılaşacaqlar. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fransa Avstriya, Hollandiya və Polşa ilə birlikdə D qrupunda yer alıb. Üç turdan sonra Fransa yığması 5 xal toplayıb və sensasion şəkildə D qrupunun turnir cədvəlində ikinci yeri tutub.