18 iyul 2024. Cümə axşamı

"Barselona" "Spartak"ın oyunçusuna göz dikib


  • Transfer
  • 18:51 29.06.2024
  • Oxunma sayı: 49
"Barselona" "Spartak"ın oyunçusuna göz dikib

Rusiyanın "Spartak Moskva" klubunun cinah oyunçusu Teo Bonqonda karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Paulin Qalans "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 28 yaşlı futbolçunun xidmətində “Barselona”nın maraqlı olduğunu qeyd edib.

Kataloniya təmsilçisinin yeni baş məşqçisi Hans-Diter Flik Ansu Fatinin yerinə onu görməkdə şəxsən maraqlı olduğu bildirilib.

Rusiya klubu isə vinger üçün “Barselona”dan 19 milyon avro tələb edir.

Ötən mövsüm Bonqonda bütün yarışlarda 35 matçda iştirak edib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

Rahil Məmmədov Polşada qaldı
  • Transfer
  • 23:51 17.07.2024
Rahil Məmmədov Polşada qaldı