4 iyul 2026. Şənbə

De Liqt "Bavariya"nı “Mançester Yunayted”ə dəyişə bilər


  • Transfer
  • 22:01 29.06.2024
  • Oxunma sayı: 187
De Liqt "Bavariya"nı “Mançester Yunayted”ə dəyişə bilər

"Mançester Yunayted" yay transfer pəncərəsi zamanı heyətini gücləndirməyə çalışır.

90deqiqe.Az "Sky Sport"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Bavariya”dan müdafiəçi Matthijs de Liqt üçün danışıqlara başlayıb.

Bildirilir ki, “Mançester Yunayted” niderlandlı futbolçu ilə razılaşdıqdan sonra Münhen klubuna təklif göndərəcək. 24 yaşlı futbolçunun özü də "Old Trafford"a keçməyə hazırdır.

Əvvəllər mətbuatda “Bavariya”nın de Liqt üçün 70 milyon avro almaq istədiyi barədə məlumatlar yayılmışdı, lakin “Mançester Yunayted” bu məbləği ödəməyə hazır deyil.

 







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır