6 dekabr 2025. Şənbə

Beyl Çin klubu ilə danışıqlara başladı


  • Transfer
  • 12:22 30.07.2019
  • Oxunma sayı: 507
Beyl Çin klubu ilə danışıqlara başladı

Real'ın futbolçusu Qaret Beyl haqda növbəti iddia yayılıb.

Corner.az İspaniyanın "Onda Cero" radiosuna istinadən xəbər verir ki, Madrid klubundan ayrılacağı gözlənilən 30 yaşlı hücumçu başqa bir Çin klubu ilə danışıqlar aparır. Ancaq klubun adı hələlik açıqlanmır. Uelsli futbolçunun transferi danışıqları səbəbindən "Audi Kuboku"nda "Tottenham"la oyun üçün heyətdə yer almadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Beylin Çinin "Tsyansu Sunin" klubuna keçidi alınmayıb. Buna "Real"ın  onun üçün tələb etdiyi təzminat məbləği səbəb olub.







Transfer