- Transfer
- 18:40 23.11.2024
"Qalatasaray"ın və Türkiyə millisinin cinah futbolçusu Barış Yılmaz karyerasını "Zenit"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 24 yaşlı futbolçu üçün İstanbul klubuna 8 milyon avro təklif edib.
Bununla belə, İspaniyanın "Osasuna" klubu da Yılmaz üçün eyni məbləği ödəməyə hazırdır.
Yılmaz son çempionatda bütün yarışlarda 55 matçda iştirak edib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. Yılmazın "Qalatasaray"la müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun təxmini bazar dəyəri 17 milyon avrodur.