- Transfer
- 18:38 24.11.2024
Barcelona futbolçusu İvan Rakitiçi satmağa hazırlaşır.
Corner.az İspaniyanın "Diario Sport” nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
Baş məşqçi Ernesto Valverde də 31 yaşlı yarımmüdafiəçinin satılmasının tərəfdarıdır. İspaniyalı mütəxəssis Rakitiçin yerinə Frenki De Yonqa şans vermək istəyir. Kataloniya təmsilçisi isə futbolçunun transfer dəyərinin 50 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, xorvatiyalı futbolçu 2014-cü ildən Barcelona'da çıxış edir