22 oktyabr 2024. Çərşənbə axşamı

"Borussiya"nı İstanbul nəhənginə dəyişir


  • Transfer
  • 12:20 02.07.2024
  • Oxunma sayı: 81
"Borussiya"nı İstanbul nəhənginə dəyişir

Dortmund "Borussiya"sının hücumçusu Sebastyan Haller karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az  xəbər verir ki, 30 yaşlı futbolçu "Beşiktaş"ın transfer hədəfinə çevrilib.

İstanbul klubu fil dişlisi üçün artıq “Bamblebees”lə danışıqlara başlayıb və hücumçunun özü ilə də müzakirələr gedir. "Beşiktaş" rəhbərliyi keçidin baş tutması üçün əlindən gələni etməyə çalışır.

Sebastien Haller son mövsümdə Dortmund "Borussiya"sının heyətində 19 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalının ekspertləri futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.







Transfer