- Transfer
- 21:53 26.11.2024
Türkiyəli vinger Kerem Aktürkoğlu yay transfer pəncərəsində "Qalatasaray"ı tərk edə bilər.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçuun xidmətində Moskva "Spartak"ı ilə yanaşı Fransa və İspaniya klubları maraqlıdır.
Aktürkoğlu Rusiya Premyer Liqasına keçmək variantını nəzərdən keçirmir. Türkiyəli vingerin nümayəndələrinin Fransa və İspaniya klubları ilə danışıqlar apardığı bildirilir.
Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Kerem Aktürkoğlunu 15 milyon avro dəyərində qiymətləndirib. Qeyd edək ki, bu futbolçu Türkiyə millisinin Avro-2024-də keçirdiyi son dörd oyunun hamısında iştirak edib və hətta bir qol vurub.