- Transfer
- 18:40 23.11.2024
"Bolonya"nın və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori karyerasını "Arsenal"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
O “topçular”ın futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayacağını və 22 yaşlı futbolçunun illik maaşının 3,5 milyon avro olacağını qeyd edib.
Xatırladaq ki, ötən mövsüm Kalafiori bütün turnirlərdə 37 matçda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Kalafiori Avro 2024-ün qrup mərhələsinin hər üç oyununu keçirdi, lakin çoxlu sarı vərəqələrə görə İsveçrə ilə 1/8 final matçını buraxdı. Nəticədə İtaliya turnirdən kənarlaşdırılıb.