6 iyul 2024. Şənbə

“Atletiko” “Çelsi”nin futbolçusunu istəyir


  • Transfer
  • 22:07 03.07.2024
  • Oxunma sayı: 57
“Atletiko” “Çelsi”nin futbolçusunu istəyir

"Çelsi"nin yarımmüdafiəçisi Konor Qallager "Atletiko Madrid"in hədəfinə çevrilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.

O “matrasçılar”ın 24 yaşlı futbolçunu transfer etməyi nəzərdən keçirdiyini və artıq ilk danışıqlara başladığını qeyd edib.

Bundan əvvəl ingilis futbolçu klubun yeni baş məşqçisi Enzo Mareska ilə işləmək istəmədiyi üçün "Çelsi"ni tərk etmək qərarına gəldiyi barədə məlumat yayılmışdı.

Keçən mövsümdə yarımmüdafiəçi "Çelsi"nin heyətində 37 dəfə meydana çıxıb və 5 dəfə rəqib qapısına zərbə endirib. Gallagher-in transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Zidanın oğlunun yeni klubu
  • Transfer
  • 15:19 06.07.2024
Zidanın oğlunun yeni klubu
"Anderlext"dən  "Sportinq"ə
  • Transfer
  • 00:00 06.07.2024
"Anderlext"dən  "Sportinq"ə