- Transfer
- 18:40 23.11.2024
Niderland millisinin və PSJ-nin yarımmüdafiəçisi Xavi Simons Almaniya çempionatına qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
O 21 yaşlı yarımmüdafiəçi ilə "Bavariya" maraqlandığını və Münhen klubunun futbolçunu sonradan birədəfəlik almaq şərti ilə icarəyə götürmək üçün danışıqlar apardığını qeyd edib.
Ötən mövsüm Simons "RB Leypzig"in heyətində 43 matçda iştirak edib, on qol vurub və 15 məhsuldar ötürmə verib. Onun bazar dəyəri 80 milyon avrodur.