7 iyul 2024. Bazar günü

"Arsenal" onu birdəfəlik aldı


  • Transfer
  • 19:44 04.07.2024
  • Oxunma sayı: 44
"Arsenal" onu birdəfəlik aldı

"Arsenal" "Brentford"un qapıçısı David Rayanın tam transferini rəsmiləşdirib..

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 

İspan qolkiper "topçular"da icarə əsasında çıxış edib. Mövsüm başa çatdıqdan sonra "Arsenal" klubunun rəhbərliyi futbolçunu almağa qərar verib.

Xatırladaq ki, 28 yaşlı qolkiper ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib. Ümumilikdə, Raya Topçular forması ilə 41 oyun keçirib, 31 qol və 20 təmiz qol buraxıb. Nüfuzlu “Transfermarkt” portalının məlumatına görə, ispaniyalının alınması “Arsenal”a 31,9 milyon avroya başa gəlib.

2023/24 İngiltərə çempionatının sonunda Mikel Artetanın komandası 38 raundda 89 xal toplayaraq ikinci pillədə qərarlaşıb. 







Transfer