17 aprel 2026. Cümə

Görün onunla hansı klublar maraqlanır


  • Transfer
  • 20:15 04.07.2024
  • Oxunma sayı: 158
Görün onunla hansı klublar maraqlanır

“Arsenal”ın sabiq müdafiəçisi Sedrik Soaresə karyerasını davam etdirmək üçün çoxlu sayda təklif gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.

O 32 yaşlı futbolçunun xidmətində "Ayaks", "Nitsa", "Renn" və "Olimpiakos"la yanaşıTürkiyə və Səudiyyə Ərəbistanı klublarında maraqlı olduğunu qeyd edib.

 Ötən mövsüm portuqaliyalı müdafiəçi bütün turnirlər nəzərə alınmaqla altı matçda iştirak edib və heç bir təsirli hərəkət edə bilməyib. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, Soareşin dəyəri iki milyon avrodur.







Transfer