4 iyul 2026. Şənbə

“Bavariya”dan “MY”ə keçir


  • Transfer
  • 22:59 04.07.2024
  • Oxunma sayı: 194
“Bavariya”dan “MY”ə keçir

"Bavariya"nın mərkəz müdafiəçisi Matteys de Liqt "Mançester Yunayted"ə keçməyə yaxındır.

90deqiqe.Az "GiveMeSport"a istinadən xəbər verir ki, niderlandlı futbolçu Münhen klubunda daimi oyun praktikasının olmamasından narazı olduğuna görə start meydanda olmaq üçün "Mançester Yunayted"ə keçməyə qərar verib.

Bildiyiniz kimi, 24 yaşlı futbolçu bir həftə əvvəl agentinə Mançesterə keçməyə hazır olduğunu bildirib. Danışıqlar davam edir.

Xatırladaq ki, 2022-ci ilin yayında Matteys de Liqt  67 milyon avroya "Yuventus"dan "Bavariya"ya keçmişdi. Gözlənilir ki, “qırmızı şeytanlar” mərkəzi xeyli aşağı qiymətə geri ala biləcək.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır