- Transfer
- 22:00 05.12.2025
Yuventus'un hücumçusu Moyze Kinin Evertona keçidi reallaşmaq üzrədir.
Corner.az “Bleacher Report”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək. Yekun razılıq isə qarşıdakı günlərdə əldə olunacaq.Kinin “Everton”da ilinə 3 milyon avro qazanacağı bildirilir. İtaliya mətbuatı Premyer liqa klubunun bu transfer üçün qarşı tərəfə 40 milyon avro təzminat ödəyəcəyini yazıb
Qeyd edək ki, gənc futbolçunun “qoca sinyora” ilə müqaviləsi 2020-ci ilə qədərdir.