- Transfer
- 18:40 23.11.2024
İspaniya millisinin və "Atletik Bilbao"nun hücumçusu Niko Uilyams karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Santi Ovale "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
O 21 yaşlı forvardla ilə müqavilə imzalamaq üçün "blauqrana" bəzi ulduz futbolçuları ilə ayrılmağa hazır olduğunu qeyd edib. Bu siyahıda yarımmüdafiəçilər Frenkie de Yong və Rafinya, həmçinin müdafiəçi Ronald Arauxo yer alıb.
Ötən mövsüm Niko “Atletik”in heyətində 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə edib. İspaniyalının bask klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.