- Transfer
- 18:40 23.11.2024
"Sevilya"nın müdafiəçisi Abner Vinisius karyerasını Fransa çempionatında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu "Lion"un sıralarına qoşulub.
Braziliyalı futbolçu ilə 2029-cu ilin ortalarına qədər uzunmüddətli müqaviləsi imzalanıb. Transfer məbləği səkkiz milyon avro olub.
Qeyd edək ki, “Betis” oyunçunun növbəti satışı halında 20 faiz alacaq. Abner 2023-cü ilin qışında Braziliyanın "Atletiko Paranaense" klubundan "Sevilya" komandasına keçib. Ümumilikdə Vinisius “Betis”in heyətində 45 matçda iştirak edib və bu oyunda iki məhsuldar ötürmə edib.