22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted" yeni forvardla anlaşıb


  • Transfer
  • 14:57 05.07.2024
  • Oxunma sayı: 74
"Mançester Yunayted" yeni forvardla anlaşıb

"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

90deqiqe.Az "CaughtOffside"yə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq “Bolonya”dan olan hücumçu Coşua Zirkzi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Futbolçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalamaq üçün İngiltərəyə gələcək.

Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri 23 yaşlı hollandiyalı futbolçuya 50 milyon avro qiymət qoyub. 2023/2024 mövsümündə Joshua Zirkzee 37 rəsmi oyun keçirib, o, on iki qol vurub və tərəfdaşlarına yeddi məhsuldar ötürmə verib.







Transfer