- Transfer
- 21:53 26.11.2024
"Çelsi"nin hücumçusu Romelu Lukaku yaxın gələcəkdə İtaliyaya qayıda bilər.
90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu “Napoli”yə keçmək və yenidən Antonio Konte rəhbərliyi altında oynamaq niyyətindədir.
Qeyd edək ki, Lukaku bu yaxınlarda Konteni karyerası ərzində işlədiyi şəxslərin ən yaxşı məşqçisi adlandırıb. Əlavə edək ki, Romelu Lukakunun "Çelsi" ilə 2026-cı ilin ortalarına qədər etibarlı müqaviləsi var. Belçikalı futbolçu son illərdə "İnter" və "Roma"ya icarəyə verilib.