- Transfer
- 17:10 15.01.2025
"İnter Mayami"nin və Uruqvay millisinin hücumçusu Luis Suares gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “Goal" 37 yaşlı forvardın dediklərini belə çatdırıb:
“Hər andan həzz alıram. Yaşlandıqca futbolun alovunun söndüyünü bildiyiniz üçün hər anın qədrini daha da artırırsınız. Meydançaya çıxıb-çıxmamağımdan asılı olmayaraq, komandaya bacardığım qədər kömək etməyə çalışıram”
Şənbədən bazara keçən gecə Uruqvay yığması Amerika Kubokunun 1/4 final matçını Braziliyaya qarşı keçirəcək. Qeyd edək ki, uruqvaylılar doqquz xaldan doqquz xal toplayaraq qrup mərhələsində birinci yeri tutublar.