22 oktyabr 2024. Çərşənbə axşamı

"Sevilya"dan İstanbul nəhənginə


  • Transfer
  • 21:49 05.07.2024
  • Oxunma sayı: 88
"Sevilya"dan İstanbul nəhənginə

"Sevilya"nın hücumçusu Youssef En-Nesyri karyerasını "Fənərbağça"da davam etdirəcək.

90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, 27 yaşlı forvard gələn həftənin əvvəlində İstanbula gələcək və tibbi müayinədən keçdikdən sonra komandanın heyətinə qoşulacaq.  

Mərakeşli futbolçu son illərdə "Sevilya"da çıxış edib. En-Nesyri Transfermarkt portalının ekspertləri tərəfindən 20 milyon avro dəyərində qiymətləndirilib. Youssef En-Nesyri "Sevilya"nın heyətində 196 oyun keçirib, 73 qol vurub və komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib.Futbolçunun La Liqa klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdi.







Transfer