25 dekabr 2025. Cümə axşamı

"Borussiya" Almaniya millisinin futbolçusu ilə anlaşıb


  • Transfer
  • 18:04 06.07.2024
  • Oxunma sayı: 176
"Borussiya" Almaniya millisinin futbolçusu ilə anlaşıb

Dortmund "Borussiya"sı yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 33 yaşlı yarımmüdafiəçi Paskal Qrossun "arılar"dan gələn təklifi qəbul etmək qərarına gəldiyini qeyd edib. İndi "Borussiya" alman futbolçunun transferi ilə bağlı "Brayton"la razılığa gəlməyə çalışır.

 Yarımmüdafiəçinin transferi 8-10 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Paskal Qross Avro-2024 üçün Almaniya millisinin heyətində yer alıb.







Transfer