5 oktyabr 2024. Şənbə

"Barselona" Emersonu geri qaytara bilər


  • Transfer
  • 18:31 06.07.2024
  • Oxunma sayı: 83
"Barselona" Emersonu geri qaytara bilər

“Tottenhem”in müdafiəçisi Emerson Royal “Barselona”ya qayıda bilər.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı futbolçunu geri qaytarmaq imkanını nəzərdən keçirir.

Ötən mövsüm braziliyalı bütün turnirlər daxil olmaqla 24 matçda iştirak edib və bir qol vurub. Müdafiəçinin londondlularla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, Emersonun dəyəri 18 milyon avrodur.

Əlavə edək ki, Emerson 2021-2022-ci il mövsümündə La Liqa klubunda çıxış edib.







Transfer

Bu dörd top-klub onu izləyir
  • Transfer
  • 23:11 03.10.2024
Bu dörd top-klub onu izləyir