5 oktyabr 2024. Şənbə

"Mançester Yunayted"in kapitanı ərəblərlə danışıq aparır


  • Transfer
  • 18:40 06.07.2024
  • Oxunma sayı: 103
"Mançester Yunayted"in kapitanı ərəblərlə danışıq aparır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Fernandeşin xidmətində keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun çıxış etdiyi "Əl Nəsr" klubu maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi portuqaliyalı futbolçuya ərbələrlə danışıqlar aparmağa icazə verib.

29 yaşlı futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bruno Fernandes “Mançester Yunayted”in kapitanıdır. Nüfuzlu Transfermarkt portalının ekspertləri Brunanı 70 milyon avro qiymətləndirirlər. Qeyd edək ki, Fernandes 2020-ci ilin yanvar ayının sonundan “Mançester Yunayted”də çıxış edir.







Transfer

Bu dörd top-klub onu izləyir
  • Transfer
  • 23:11 03.10.2024
Bu dörd top-klub onu izləyir