5 oktyabr 2024. Şənbə

"Çelsi" Osimhenə görə pul da təklif edir, bu oyunçulardan ikisini də


  • Transfer
  • 12:34 07.07.2024
  • Oxunma sayı: 101
"Çelsi" Osimhenə görə pul da təklif edir, bu oyunçulardan ikisini də

"Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, “Çelsi” klubu hələ də nigeriyalı forvardın xidmətində maraqlıdır. London klubunun rəhbərliyi transferə görə təzminat məbləğini azaltmaq üçün 25 yaşlı bombardirlik üçün neapollulara iki futbolçusu hücumçu Romelu Lukaku və yarımmüdafiəçi Çezare Kasadeini  təklif edib.

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Ötən mövsüm Viktor 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 100 milyon avrodur.







Transfer