5 oktyabr 2024. Şənbə

"Bavariya"nın müdafiəçisi "Mançester Yunayted"lə razılaşdı


  • Transfer
  • 14:10 07.07.2024
  • Oxunma sayı: 112
"Bavariya"nın müdafiəçisi "Mançester Yunayted"lə razılaşdı

"Bavariya"nın müdafiəçisi Matteys de Liqt “Mançester Yunayted”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O niderlandlı futbolçunun "qırmızı şeytanlar"la danışıqlar apardığını və şəxsi əmək müqaviləsinin şərtlərini razılaşdırdığını qeyd edib.

Ötən mövsüm Matteys "Bavariya"nın 30 matçında iştirak edib. Hollandiyalı futbolçu iki qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.







Transfer